Avropa Parlamenti (AP) yeni qətnaməsində Gürcüstandan Rusiya ilə müharibəyə başlamağı tələb edə bilər.
Bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurası məlumat yayıb.
Siyasi partiyanın nümayəndələri xatırladıblar ki, son vaxtlar Avropa Parlamenti Gürcüstana qarşı beş qətnamə qəbul edib. Sənədlərdə Rusiyaya və partiyanın fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi tələb olunurdu. Digər məsələlərlə yanaşı, AP Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsinə çağırıb.
"Bu tendensiyanı nəzərə alaraq, çox güman ki, altıncı qətnamədə Avropa Parlamenti açıq şəkildə Rusiya ilə müharibənin başlanmasını tələb edəcək", - bəyanatda deyilir.
Mövsüm
Aznews.az