Castin Trüdo: Kanadanın ABŞ-ə qoşulması üçün ən kiçik ehtimal belə yoxdur

8 Yanvar 2025 20:31 (UTC+04:00)

Kanadanın baş naziri Castin Trüdo istefa verdiyini elan etdikdən sonra ABŞ prezidenti Donald Tramp Kanadanın 51-ci ştat olmaq arzusunu təkrarlayıb.

Kanada iqtisadiyyatının dirçəlməsi üçün ölkəsinin bundan sonra böyük ticarət kəsirlərinə dözməyəcəyini ifadə edən Tramp, iki ölkənin birləşdiyi təqdirdə vergilərin olmayacağını bildirib.

Kanadalıların da əyalət olmaq fikrindən məmnun olduqlarını iddia edən Trampa Castin Trüdo cavab verib.

X sosial media hesabında yazdığı yazıda Trüdo, Kanadanın ABŞ-ə qoşulmasının "ən kiçik bir ehtimalının olmadığını" bildirib.

Trüdo, iki ölkənin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı kimi illərdir bir-birinə fayda verdiyini vurğulayıb.

Mövsüm

Aznews.az