Belçika baş nazirinin ofisinə tərkibində zəhərli toz olan məktublar göndərilib

9 Yanvar 2025 18:01 (UTC+04:00)

Naməlum şəxs Belçikanın baş naziri Aleksandr De Kroonun ofisinə tərkibində zəhərli toz olan məktublar göndərib.

Bu barədə Politico məlumat yayıb.

Onlar qeyd ediblər ki, baş nazir aparatının əməkdaşı zəhərli maddə ilə təmasda olduqdan sonra xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə 2024-cü ilin noyabrında baş verib, lakin Belçika prokurorluğu bu barədə yalnız bir gün əvvəl, tozun tərkibinin təhlilinin nəticələri məlum olanda sonra məlumat verib.

Məktubda kiçik gəmiriciləri öldürmək üçün tez-tez istifadə olunan striknin maddəsi olub. Qəbul edilərsə, ölümcül ola bilər və dəri ilə təmasda olarsa, adətən qıcıqlanmaya səbəb olur.

Mövsüm

Aznews.az