Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə bildirib ki, o, yeni ofisində işləyəcək və orada “prezidentlik funksiyalarını” yerinə yetirməyə davam edəcək.
“Bu gün sizi Orbeliani sarayının (prezident sarayı - red.) davamı olan bu yeni ofisdə qəbul etmək istəyirəm. Ola bilsin ki, bu, Orbelianinin sarayına bənzəməsin, amma onun ruhu burada hökm sürür və prezidentin funksiyası burada davam edəcək”, - deyə o, qeyd edib.
O, əlavə edib ki, ölkə dərin böhran yaşayır və bundan çıxmaq üçün təkrar parlament seçkiləri keçirilməlidir. Zurabişvili bildirib ki, yanvarın 10-da Zuqdidiyə səfərdən başlayaraq ölkə əhalisi ilə görüşəcək.
Mövsüm
Aznews.az