Moskvadan İrəvanın seçiminə şərh

10 Yanvar 2025 08:55 (UTC+04:00)

Moskva İrəvanın Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, bunu İrəvanın suveren seçimi adlandırıb.

“Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu, İrəvanın suveren seçimidir”, - deyə Rusiya hökuməti sədrinin müavini vurğulayıb.

AzNews.az