Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək

10 Yanvar 2025 14:58 (UTC+04:00)

Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.