Ermənistan parlamentinin vitse-spikeri və Aİ rəsmisi Azərbaycanla normallaşma prosesini müzakirə edib

10 Yanvar 2025 17:00 (UTC+04:00)

Bu gün Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.

Ermənistanla Türkiyə arasında münasibətlərinin normallaşması, həmçinin Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.