Fransızlar Makrona güvənmir

12 Yanvar 2025 21:47 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makronun reytinqi azalmaqda davam edir və son altı ilin ən aşağı səviyyəsinə düşüb.

APA xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti üçün keçirilən Ipsos-un sorğusuna əsasən məlumat yayılıb.

Yanvarın 12-də dərc edilən sorğunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb.

Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb.