Səfir: İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir

13 Yanvar 2025 10:56 (UTC+04:00)

İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir. İkitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

"Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir", - səfir İran dövlət televiziya və radio şirkətinə bildirib.