Parisdə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçıları zədələnmiş 100-dən çox medalı geri qaytarıblar

13 Yanvar 2025 19:42 (UTC+04:00)

İyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçıları zədələnmiş 100-dən çox medalı turnirin təşkilat komitəsinə qaytarıblar.

Bu barədə "La Lettre" məlumat yayıb.

“100-dən çox qüsurlu medal idmançılar tərəfindən Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə qaytarılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, idmançıların kütləvi şikayətlərindən sonra mükafat medallarının hazırlanmasına cavabdeh olan üç zərbxana işçisi işdən çıxarılıb.

Mövsüm

Aznews.az