ABŞ Çinlə iqtisadi inteqrasiyanı saxlamaq niyyətindədir.
Bu barədə Amerika prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan məlumat verib.
“Biz Çinlə inteqrasiya olunmuşuq və ticarətimizi davam etdirməliyik, normal əlaqələri, o cümlədən texnoloji əlaqələri qorumalıyıq”, o, YouTube-da Bloomberg TV-yə müsahibəsində Birləşmiş Ştatların Çini iqtisadi blokadaya almaq istəyi ilə bağlı suala cavab verib.
Onun sözlərinə görə, milli əhəmiyyətə malik yüksək texnologiyaların ixracına məhdudiyyətlər onların ABŞ-ə qarşı istifadəsinin qarşısını almaq üçün lazımdır. Eyni zamanda o, belə bir siyasətin tam təcrid olunmaması lazım olduğunu vurğulayıb.
Mövsüm
Aznews.az