Xorvatiya Seçki Komissiyası Milanoviçin prezident seçkilərində qalib gəldiyini təsdiqləyib

13 Yanvar 2025 20:28 (UTC+04:00)

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç, bütün seçki məntəqələrinin məlumatlarına görə, prezident seçkilərində qalib gəlib.

Müvafiq sənəd ölkənin dövlət seçki komissiyasının saytında dərc olunub.

Milanoviçin 1 milyon 122 min 859, hakim Xorvatiya Demokratik İttifaqı (HDZ) partiyasından ən yaxın rəqibi Draqan Primoraçın isə 380 min 752 səs topladığı dəqiqləşir.

Mövsüm

Aznews.az

Seçici fəallığı 44,18% təşkil edib.