Rutte NATO ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb
13 Yanvar 2025 21:03 (UTC+04:00)
NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans ölkələri Ukraynaya dəstəyi artırmalıdır.
“Biz trayektoriyasını dəyişmək üçün Ukraynaya dəstəyi saxlamalı və gücləndirməliyik”, o, qurumun saytında yayımlanan Avropa Parlamentində ilk çıxışı zamanı deyib.
Ruttenin fikrincə, Kiyevin danışıqlarda möhkəm mövqe tutması üçün Ukraynaya hərbi təchizatı sürətləndirmək lazımdır.