Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam Livanın baş naziri təyin edilib.
Ölkə prezidenti Cozef Aun ona yeni hökuməti qurmağı tapşırıb.
Bu barədə Livanın "Elnashra News" portalı məlumat yayıb.
Salam 128 deputatdan 84-nün dəstəyini qazanıb. 35 səs istifadə edilməsə də, parlamentin daha 9 üzvü müvəqqəti baş nazir Nəcib Mikatiyə səs verib.
Qeyd olunur ki, Salam hazırda ölkədən kənardadır, lakin baş nazir vəzifəsinə başlamaq üçün sabah Livana qayıtmalıdır.
Mövsüm
Aznews.az