Cənubi Koreyada qorxulu anlar yaşanıb.
Paytaxt Seulun şimalındakı Qoyanq şəhərində onlarla avtomobil kəsişmədə bir-birinə çırpılıb.
İlkin məlumata görə, 43 avtomobilin qarışdığı qəzadan sonra Cənubi Koreya rəsmiləri qəzada yaralanan 9 nəfərin xəstəxanada müalicəsinin davam etdiyini açıqlayıb.
Ərazi mühasirəyə alınarkən polis zəncirvari qəzanın yolda buz bağlaması nəticəsində baş verdiyini və digər qəzalara səbəb olduğunu bildirib.
Magistral yolda 3 kilometrlik tıxacın yaranmasına səbəb olan qəzadan sonra yol nəqliyyatın hərəkətinə bağlanıb.
Mövsüm
Aznews.az