Litva zərurət yaranarsa, öz ordusunu Ukraynaya göndərmək imkanını istisna etmir.
Bu barədə LRT telekanalında Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Kestutis Budris məlumat verib.
“Xatırladıram ki, Paris sammitindən sonra Litva prezidentini də dəvət edən prezident Makron [Fransa prezidenti Emmanuel Makron] Ukraynadakı hərbi mövcudluğunu müxtəlif formalarda genişləndirmək təşəbbüsündən danışanda Litva bunu istisna etməyib”,- deyə Budris qeyd edib.
O, həmçinin vurğulayıb ki, Litva qoşunlarının göndərilməsi barədə qərar yalnız digər müttəfiqlərlə müzakirələrdən sonra verilməlidir.
Mövsüm
Aznews.az