ABŞ-nin Kuba ilə bağlı qərarı: Terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarılacaq

15 Yanvar 2025 18:50 (UTC+04:00)

Ağ Evdən verilən açıqlamada, Konqresə göndərilən rəsmi bildirişə əsasən, Kubanın "terrora dəstək verən ölkələr" siyahısından çıxarılacağı bildirilib.

Kuba 2021-ci ildə həbsdə olan siyasi məhbusların azadlığa buraxılması müqabilində həmin siyahıdan çıxarılacaq.

Mövzu ilə bağlı mətbuat brifinqində prosesi dəyərləndirən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və bu ölkənin Kolumbiyadakı sülh danışıqlarına çox müsbət töhfələr verdiyini bildirib.

Qeyd olunub ki, ABŞ administrasiyasının bildirişini nəzərdən keçirmək səlahiyyətinə malik olan konqresdən bu qərarın qarşısını almaq üçün hər hansı addım atacağı gözlənilmir.

Kuba rəsmən siyahıdan çıxarıldıqdan sonra Şimali Koreya, İran və Suriya siyahıda qalacaq.

Mövsüm

Aznews.az