Rusiya ilə MAR arasında memorandum imzalanıb

15 Yanvar 2025 19:28 (UTC+04:00)

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut Mərkəzi Afrika Respublikasının Kənd Təsərrüfatı və Kənd İnkişaf naziri Qismala Həmzə ilə birlikdə kənd təsərrüfatı sahəsində memorandum imzalayıb.

Bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüşün nəticəsi olaraq kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalanıb. Bu, ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəlib”, - Telegram kanalında yazılıb.

Mövsüm

Aznews.az