Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada yeni administrasiyanın xarici işlər naziri Esad Həsən Şeybani ilə görüşüb.
Prezident Kompleksində baş tutan görüş mətbuata qapalı keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Yeni Administrasiyasının xarici işlər naziri Esad Həsən Şeybani, müdafiə naziri Merhef Əbu Kasra və Baş Kəşfiyyat Təşkilatının rəhbəri Enes Hattabı Prezident sarayında qəbul edib.
Görüş zamanı Suriyadakı son vəziyyət və ölkənin ərazi bütövlüyünün qorunması əsasında atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan Əsəd rejiminin geridə böyük dağıntılar qoyduğunu və Türkiyənin qardaş Suriya xalqının təcili ehtiyaclarını və ölkənin yenidən qurulması istiqamətində görüləcək işlərə dəstək verəcəyini ifadə edərək, bu baxımdan Suriyanın bərqərar olmasının vacibliyini vurğulayıb.
Prezident Ərdoğan Suriyanın gələcəyində terror təşkilatlarına yer olmadığını vurğulayıb.
Mövsüm
Aznews.az