Aktrisa Çimnaz Sultanova vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə aktrisanın qohumu məlumat verib.
Məlumata görə, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
Mərhum aktrisa sabah dəfn ediləcək.