ABŞ administrasiyası Rusiya ilə əlaqədə olduğu iddia olunan 250-yə yaxın fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
“Bunlardan 150-dən çox fiziki və hüquqi şəxs Dövlət Departamenti tərəfindən Rusiyanın müdafiə sənayesinə dəstək verməsinə görə sanksiyalara məruz qalıb”, - sənəddə deyilir.
Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarından daha 100-ə yaxın şirkət də ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb.
ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayılan sənədə əsasən, Rusiya şirkətləri ilə yanaşı, Böyük Britaniya, Qırğızıstan, Çin, BƏƏ və Türkiyənin hüquqi şəxsləri də məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, buraya Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları da daxildir.