İndoneziyada vulkanik fəaliyyət davam edir.
Şimali Maluku əyalətindəki Halmahera adasında yerləşən İbu vulkanında ötən gecə dəhşətli partlayış baş verib.
Partlayışdan sonra açıqlama verən İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) 3 min adamın təxliyəsinə başlanıldığını bildirib.
Bildirilib ki, partlayışdan sonra vulkandan sıx kül püskürüb və tüstü 4 kilometr hündürlüyə çatıb.
Vulkanın yaxınlığında yaşayan insanlara və turistlərə 5-6 kilometrlik qadağa zonasından uzaq durmaq, kül yağacağı halda maska taxmaq tövsiyə olunub.
Mövsüm
Aznews.az