Yanvarın 20-də Donald Trampın andiçməsindən sonra ABŞ-nin keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama inauqurasiya naharına qatılmayacaqlar.
Bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb .
Telekanalın məlumatına görə, Klinton və Obama tədbirə dəvət edilsələr də, iştirak etməmək qərarına gəliblər. Nahara dəvət keçmiş birinci xanım Hillari Klintona da göndərilib, lakin o da iştirak etməyi planlaşdırmır. Buş rəsmiləri onun dəvəti alıb-almamasından əmin olmadıqlarını bildiriblər.
Bununla belə, hər üç prezident, öz nümayəndələrinin dediyinə görə, inauqurasiya naharından əvvəl baş tutacaq Trampın andiçmə mərasimində iştirak edəcək.
Mövsüm
Aznews.az