ABŞ-də vergilər artırıla bilər

16 Yanvar 2025 21:49 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizəd Scott Bessent bildirib ki, Birləşmiş Ştatlar maliyyə böhranı və tarixdə 4 trilyon dollarlıq ən böyük vergi artımı ilə üzləşə bilər ki, bu da Konqresdən təcili tədbirlər görməyi tələb edir.

"Konqres hərəkətə keçməsə, amerikalılar tarixin ən böyük vergi artımı ilə üzləşəcəklər, 4 trilyon dollarlıq külli miqdarda artım" o, Associated Press-in YouTube kanalında yayımlanan Senat dinləmələrində deyib.

Bessent bildirib ki, hazırkı federal hökumətin ciddi xərc problemləri var və bu, son dörd il ərzində ÜDM-in 7%-i səviyyəsində orta büdcə kəsirinə gətirib çıxarır.

Mövsüm

Aznews.az