Ukrayna polisi kişilərin hərbi xidmətdən yayınması hallarının araşdırılması çərçivəsində ölkə daxilində reydlər keçirir.
Bu barədə "The Guardian" məlumat yayıb.
“Ukrayna polisi hərbçi yaşlı kişilərin ölkədən qeyri-qanuni çıxması ilə bağlı davam edən təhqiqat çərçivəsində ölkə boyu 200 axtarış apardığını bildirib”, - materialda deyilir.
Mətbuatın yazdığına görə, bu reydlər hüquq-mühafizə orqanlarının başlatdığı ümummilli araşdırmanın davamı olub. Kiyevdə polisin 600-ə yaxın ev, ofis və digər yerlərdə axtarış apardığı qeyd edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları izah ediblər ki, kütləvi əməliyyat “cəbbədən yayınanların sərhədi qanunsuz keçməsinə kömək edən” sxemlərin təşkilatçılarına qarşı yönəlib.
Mövsüm
Aznews.az