Kristina Kallas: Estoniyada vətəndaşlığı olmayan şəxslər kateqoriyası ləğv edilməlidir

17 Yanvar 2025 16:03 (UTC+04:00)

Estoniyada yaxın 10 il ərzində vətəndaşlığı olmayan şəxslər kateqoriyası ləğv edilməlidir.

Bu barədə ölkənin təhsil və elm naziri, parlamentdəki Eesti 200 partiyasının lideri Kristina Kallas məlumat verib.

“Bu gün Estoniyada uşaqlar bu statusla doğulmağa davam edir, yəni biz bu kateqoriyanı yenidən yaradırıq. Ona görə də Estoniyada doğulan uşaqlara belə pasportların verilməsini mümkün qədər tez dayandırmaq lazımdır”, - Kallas qeyd edib.

Kallas həmçinin 30-40 yaşlı insanları Estoniya pasportları üçün müraciət etməyə təşviq edib. Onun fikrincə, vətəndaşlıq statusu qeyri-müəyyən olan insanlar ölkədə qalmamalıdır. O, Estoniyanın səy göstərməli olduğu bu təşəbbüsün əhəmiyyətini vurğulayıb.

Mövsüm

Aznews.az