Sözçü: Trampla qarşılıqlı əlaqədə Brüsselin maraqlarını qorumağa hazırıq

17 Yanvar 2025 16:06 (UTC+04:00)

Avropa Komissiyasının sözçüsü Olof Gill bildirib ki, Avropa Komissiyası ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə ticarət əməkdaşlığına ümid edir və bununla belə, Avropa İttifaqının maraqlarını müdafiə etməyə hazırdır.

"Lazım gələrsə, biz öz maraqlarımızı, şirkətlərimizin və Aİ-yə üzv dövlətlərin maraqlarını qoruyacağıq", - o, brifinqdə deyib.

Gillin sözlərinə görə, Avropa Komissiyası istənilən inkişafa hazırdır, lakin ilkin olaraq Tramp administrasiyası ilə “konstruktiv və müsbət” qarşılıqlı fəaliyyətə yönəlib.

Mövsüm

Aznews.az