Şolz Maskın açıqlamalarını Avropada demokratiya üçün təhlükə adlandırıb

17 Yanvar 2025 21:50 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz bildirib ki, amerikalı sahibkar və milyarder İlon Maskın bəyanatları Avropa demokratiyası üçün təhlükə yaradır.

“O, [Musk] hər yerdə sağçı ekstremistləri dəstəkləyir: Avropada, Böyük Britaniyada, Almaniyada və bir çox başqa ölkələrdə. Bu isə tamamilə qəbuledilməzdir, çünki bu, Avropanın demokratik inkişafına mane olur və cəmiyyətimizi təhdid edir”, - Şolz bildirib.

Mövsüm

Aznews.az