WP: Dövlət Departamentinin bir sıra rəsmiləri Tramp komandasının göstərişlərinə əsasən istefa verib

20 Yanvar 2025 09:49 (UTC+04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası ABŞ-ın hazırkı prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyası ilə “həlledici fasilə” nümayiş etdirmək üçün Dövlət Departamentinin onlarla yüksək vəzifəli diplomatının istefasını tələb edib.

Bu barədə Washington Post ( WP ) öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, amerikalı diplomatlar, o cümlədən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass və dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Geoffrey Pyatt Trampın köməkçilərindən təlimat aldıqdan sonra bugün öz vəzifələrini tərk edəcəklər.

“Keçid üçün prezident Trampın ölkəmizi və amerikalı işçi kişi və qadınları birinci yerə qoymaq vizyonunu bölüşən məmurları axtarmaq məqsədəuyğundur. Bizim düzəldə bilməyəcəyimiz çoxlu uğursuzluqlarımız var və bunun üçün eyni məqsədlərə cəmləşmiş xüsusi komanda lazımdır”, - nəşr keçid komandasının nümayəndəsindən sitat gətirir.

Mövsüm

Aznews.az