Azərbaycan XİN başçısı ABŞ-nin Ermənistana dəstəyi barədə danışıb

20 Yanvar 2025 13:08 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ildə ABŞ-nin Ermənistana birtərəfli dəstək faktlarını Azərbaycanın gördüyünü bildirib.

Nazir bu barədə "Report"un əməkdaşının sualına cavab olaraq jurnalistlərə açıqlamasında danışıb.

O, ABŞ-nin Ermənistana dəstəyi barədə bəhs edərək iki ölkə arasındakı münasibətləri şərh etmək istəmədiyini vurğulayıb.

"Amma 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktları gördük. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin qərəzli yanaşması qəbuledilməzdir. ABŞ-nin Demokratlar administrasiyasının davranışında biz bunları müşahidə etmişik", - nazir qeyd edib.