Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2025 16:25 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə aparatın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.