Tramp prezidentliyinin ilk günündə 200-dən çox sərəncam imzalamağı planlaşdırır

20 Yanvar 2025 16:44 (UTC+04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gündə 200-dən çox sərəncam imzalamağı planlaşdırır.

Bu barədə "Fox News" məlumat yayıb.

Sərəncamlar enerji, sərhəd və immiqrasiya siyasəti məsələlərini həll edəcək.

ABŞ-nin yeni seçilmiş prezidenti narkotik kartellərini xarici terror təşkilatları elan etmək niyyətindədir.

ABŞ rəsmilərinin fikrincə, bu, milli təhlükəsizliyin təmin edilməsi üçün yeni imkanlar açacaq. “Fox News” xəbər verir ki, Donald Tramp həmçinin hərbçilərə Meksika ilə sərhəddə divarın yeni hissəsinin tikintisini əmr etməyi planlaşdırır.

Mövsüm

Aznews.az