Türkiyədə milliyətçi partiya sədri həbs olundu

20 Yanvar 2025 23:09 (UTC+04:00)

Türkiyədə fəaliyyət göstərən Zəfər Partiyasının başqanı Ümit Özdağ həbs edilib.

AzNews.az xəbər verir ki, Özdağa qarşı "Prezidentə təhqir" ittihamı ilə cinayət işi açılmışdı.

Ankarada həbs edilən Özdağ tibbi müayinədən keçirilib. Özdağın İstanbula gətirilməsi gözlənilir. Mövzu ilə bağlı Zafer Partiyasından da açıqlama verilib. Digər tərəfdən, Zafer Partiyası Rəyasət Heyəti təcili iclas çağırıb.

AzNews.az