Tramp İspaniyanı BRİKS ölkəsi adlandırıb

21 Yanvar 2025 09:16 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi ilk fərmanlarını imzalayaraq, İspaniyanı BRİKS birliyinin ölkəsi adlandırıb.

İştirak edən jurnalistlərdən biri Trampdan Vaşinqtonun müdafiə xərcləri çox aşağı olan NATO ölkələri ilə nə edəcəyini soruşduqdan sonra o, Fransa və İspaniyanı misal çəkib.

“İspaniya müdafiə xərcləri çox aşağıdır. Bəs onlar BRİKS ölkəsidir? Onlar BRİKS ölkəsidir”, - deyə Tramp cavab verib.

Siyasətçi qeyd edib ki, o, BRİKS-in ABŞ üçün təhlükə yaratdığına inanmasa da, assosiasiya ölkələrinə qarşı 100% tariflər tətbiq etməyə hazırlaşır.

Mövsüm

Aznews.az