Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə , Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə danışıqlar aparıb.
Qeyd olunur ki, Çin lideri rusiyalı həmkarı ilə Pekində Böyük Xalq Zalında (parlament) olarkən əlaqə saxlayıb.
Söhbətin əvvəlində Çin lideri rusiyalı həmkarını qarşıdan gələn Çin Yeni ili ərəfəsində görməkdən çox şad olduğunu qeyd edib. Si Cinpin əlavə edib ki, keçən il Çin və Rusiya iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd edərək bir sıra mühüm razılaşmalar əldə ediblər.
“Özəyi əbədi mehriban qonşuluq və dostluq, hərtərəfli strateji qarşılıqlı fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq və qazan-qazan olan münasibətlər yeni canlılıq qazanır”, - deyə Çin Xalq Respublikasının sədri bildirib.
Mövsüm
Aznews.az