Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır, çünki ona üzvlük ölkəyə iqtisadi səmərə verir.
Bu barədə jurnalistlərə respublika parlamentinin spikeri Alen Simonyan məlumat verib.
“Aİİ-yə üzvlük Ermənistana iqtisadi fayda verir. Biz Aİİ-dən çıxmaq fikrində deyilik”, o, YouTube-da yayımlanan verilişdə deyib.
Ermənistanın təşkilatdan çıxmaq istəmədiyini iqtisadiyyat naziri Gevorq Papoyan da təsdiqləyib. Onun sözlərinə görə, İrəvan Aİİ ilə əməkdaşlığı gücləndirməli, genişləndirməli və dərinləşdirməlidir.
Mövsüm
Aznews.az