Rumıniya prezidentliyinə müstəqil namizəd Kalin Georgesku may ayında keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə keçirilən səsvermələrdə növbəti dəfə liderlik edir.
Bu barədə Reuters agentliyi məlumat yayıb .
Sorğu “Avangarde” sosioloji xidməti tərəfindən aparılıb. Araşdırmanın nəticələrinə görə, Georgesku respondentlərdən 38% səs toplayıb. Beləliklə, hələ də rumınlar arasında favoritdir.
Qeyd edək ki, Rumıniya hökuməti prezident seçkilərinin mayın 4-də keçirilməsini təsdiqləyib.
Mövsüm
Aznews.az