Lavrov Ermənistana səfər edə bilər

21 Yanvar 2025 16:36 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanın dəvəti ilə İrəvana işgüzar səfər etməyi planlaşdırır.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə Ermənistan XİN rəhbəri ilə danışıqların yekununda məlumat verib.

"Nazirliklərimiz arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi tələb olunur və mən Ararat Samveloviçin [Mirzoyanın] bu gün mənə Yerevana səfər etmək üçün təsdiq etdiyi dəvətdən mütləq istifadə edəcəyəm", - Lavrov birgə mətbuat konfransında qeyd edib.

O, Federasiya Şurasının sədri Valentina Matvienkonun da Ermənistana səfər etməyi planlaşdırdığına aydınlıq gətirib.

Mövsüm

Aznews.az