Von der Leyen Rusiya enerji resurslarından imtinanın nəticələrindən danışıb

21 Yanvar 2025 16:39 (UTC+04:00)

Rusiyanın enerji resurslarından imtina Avropa İttifaqında (Aİ) avropalı biznes və ev təsərrüfatlarının “baha qiymətə” ödəməli olduğu “azadlığa” çevrildi.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.

O qeyd edib ki, Rusiyadan qaz idxalı təxminən 75% azalıb və hazırda neftin yalnız 3%-i Rusiya Federasiyasından alınır.

“Lakin bu azadlıq bizə çox baha başa gəldi. Ev təsərrüfatları və müəssisələr artan enerji qiymətlərinin təzyiqini hiss etdilər və [enerji] hesabları aşağı düşməkdən çox uzaqdır”,- deyə von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Mövsüm

Aznews.az