Almaniyanın vitse-kansleri: “Növbəti Google” Avropadan gəlməlidir

21 Yanvar 2025 16:42 (UTC+04:00)

“Növbəti Google” Avropada qurulmalıdır, buna görə də diqqət iqtisadi artıma yönəldilməlidir.

Bu bəyanatla Almaniyanın vitse-kansleri Robert Habek çıxış edib.

“Biz vergi güzəştləri sistemini, tədqiqat müavinətlərini və rəqabət mühitinin özünü əhəmiyyətli dərəcədə təkmilləşdirməliyik ki, nəinki iqtisadiyyat inkişaf etsin, həm də Avropa gələcəyin texnologiyalarını istehsal etsin. Növbəti "Google" Avropadan gəlməlidir”, o, YouTube-da dərc olunan DW-yə müsahibəsində bildirib.

Vitse-kansler Avropanın və xüsusən də Almaniyanın təhlükəsizlik problemlərinin olduğunu da qeyd edib. Habeck-in sözlərinə görə, Almaniyada Bundesverə investisiya çatışmazlığı var.

Mövsüm

Aznews.az