ABŞ prezidenti Tramp rəsmi olaraq ABŞ-da Süni İntellekt imkanlarını inkişaf etdirmək üçün 500 milyard dollarlıq yeni investisiya elan edib.
AzNews.az xəbər verir ki, o, bu barədə Ağ evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.
ABŞ prezidentinin sözlərinə görə, üç texnoloji şirkət- Oracle, OpenAI və Softbank dörd il ərzində Texasda yeni məlumat mərkəzlərinə və digər rəqəmsal infrastruktura sərmayə qoymağı planlaşdırır.
Donald Tramp Süni İntellektin xərçəng xəstəliyini müalicə edəcəyindən ümidlə danışıb.
“Ölkəmiz heç vaxt olmadığı qədər çiçəklənəcək” deyən Tramp ABŞ üçün yeni “qızıl əsrin” başlanğıcı olduğunu bildirib.
Oracle-dan Larri Ellison, OpenAI-dan Sam Altman və SoftBank-dan Masayoshi Son da açıqlamanı dəstəkləmək üçün mətbuat konfransında iştirak ediblər.
AzNews.az