Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il bank olmayan kredit təşkilatlarına gündəlik kreditlər vermək imkanı yaratsa da, bu növ kreditləşmənin sürətli inkişafında maraqlı deyil.
Bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Gündəlik kreditlər həm maliyyə istehlakçılarına, həm də maliyyə qurumlarına ciddi risklər yaradır", - deyə o qeyd edib.