Latviya, Macarıstan və Çexiyadakı anbarlardakı qaz ehtiyatları 60%-dən aşağı düşüb

22 Yanvar 2025 14:14 (UTC+04:00)

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılması fonunda Latviya, Macarıstan və Çexiyadakı anbarlardakı qaz ehtiyatları 60%-dən aşağı düşüb .

TASS bu barədə Avropanın Qaz İnfrastrukturunun (GIE) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Çexiyada qaz ehtiyatları 56,63%-ə qədər azalıb və ehtiyatda 2,5 milyard kubmetr var. Macarıstanın ehtiyatları 59,73% doludur, təxminən 3,9 milyard kubmetrdir. Latviyada isə ehtiyatlar 58,83%-ə qədər azalaraq 1,4 milyard kubmetr təşkil edib.

Avropanın ən böyük qaz ehtiyatları hazırda Portuqaliya, İsveç, İspaniya və Polşadadır.

Mövsüm

Aznews.az