Quterreş iqlim və süni intellekti bəşəriyyət üçün əsas təhlükə adlandırıb

22 Yanvar 2025 20:38 (UTC+04:00)

2025-ci ildə mümkün nüvə təhlükəsindən daha çox qlobal diqqət tələb edən ekzistensial təhlükələr iqlim böhranı və süni intellektin (AI) nəzarətsiz genişlənməsidir.

Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Aydındır ki, nüvə təhlükəsi hələ də bizimlədir. Lakin söhbət ekzistensial təhdidlərə gəldikdə, nüvə silahı təhlükəsi artıq yeganə təhlükə deyil”, - deyə o bildirib.

Quterreşin sözlərinə görə, iqlim dəyişikliyi və süni intellektin inkişafı qlobal ictimaiyyətdən daha çox diqqət və fəaliyyət tələb edir, çünki onlar insanların həyatını kökündən dəyişə bilər. BMT-nin Baş katibi neyron şəbəkələri “aldatma silahı” adlandırıb.

Mövsüm

Aznews.az