Aİ liderləri müdafiə mövzusunda qeyri-rəsmi görüş keçirəcək

22 Yanvar 2025 20:46 (UTC+04:00)

Avropa Şurasının rəhbəri Antonio Kosta Avropa Parlamentində çıxışı zamanı Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərini müdafiə ilə bağlı qeyri-rəsmi görüşə dəvət edib.

Video Avropa Şurasının rəsmi saytında dərc edilib.

“Təcililik və məqsəd hissi məni Aİ liderlərini fevralın 3-də müdafiə ilə bağlı qeyri-rəsmi görüşə dəvət etməyə vadar etdi. Bu, ilk dəfə olacaq ki, Avropa liderləri sırf müdafiəyə həsr olunmuş görüş keçirəcəklər”, - Kosta bildirib.

Onun sözlərinə görə, görüş zamanı liderlər sonrakı qərarları müzakirə edəcək və Avropa Komissiyası (AK) və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Kaja Kallas tərəfindən hazırlanacaq müdafiəyə dair Ağ Kitab üçün siyasi tövsiyələr verəcəklər.

Mövsüm

Aznews.az