İranda Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb, hər iki pilot sağdır.
Bu barədə İranın YJC xəbər agentliyi məlumat yayıb.
Qəzanın əyalətin şimalında, Kabudrahanq rayonunda baş verdiyi bildirilir. Hərbi təyyarədə yüngül xəsarət alan iki pilot olub. Onlar xəstəxanaya aparılıb.
Qəzanın səbəbi məlum deyil və hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mövsüm
Aznews.az