Mirziyoyev və Belousov iki ölkənin strateji tərəfdaşlığının gücləndirilməsini müzakirə ediblər

22 Yanvar 2025 20:52 (UTC+04:00)

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Rusiyanın müdafiə naziri Andrey Belousov Daşkənddə keçirilən görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

“Hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik Özbəkistan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri Rusiya Federasiyası Prezidentinin [Vladimir Putinin ] Özbəkistan Respublikasına dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların praktiki icrası kontekstində nəzərdən keçirilib”, - Özbəkistan Prezidentinin saytında qeyd olunub.

Söhbət zamanı tərəflər həmçinin əvvəllər qəbul edilmiş proqram və planlaşdırma sənədlərinə uyğun olaraq iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Mövsüm

Aznews.az