Rusiyanın “xüsusi hərbi əməliyyatı” ilə başlayan Ukrayna müharibəsi artıq üçüncü ildir.
Moskva-Kiyev xəttində, xüsusən də Kursk bölgəsində qızğın qarşıdurma davam edərkən, şəhərlərin bombalanmasında mülki əhalinin itkiləri artır.
Ukrayna lideri Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Zelenski iddia edib ki, Ukraynada istənilən sülh sazişinin həyata keçirilməsi üçün “ən azı 200 min” müttəfiq qoşuna ehtiyac var.
“AVROPA Ukraynanı müdafiə etmək üçün addımlar atmalıdır”
Ukrayna lideri bildirib ki, Avropa Trampın bundan sonra nə edəcəyini sual etmək əvəzinə Ukraynanı müdafiə etmək üçün kollektiv addımlar atmalıdır.
Zelenski: “Avropa özünü güclü, qlobal, əvəzolunmaz oyunçu kimi sübut etməlidir”.
Moskvanın Kiyevə qarşı müharibəsində Şimali Koreya əsgərlərinin iştirak etdiyini vurğulayan Zelenski, "Unutmayaq ki, Avropa ölkələrini Rusiyadan ayıran heç bir okean yoxdur. Avropa liderləri yadda saxlamalıdırlar ki, Şimali Koreya əsgərlərinin iştirak etdiyi bu müharibə coğrafi baxımdan öz ölkələrinə daha yaxındır",-deyə qeyd edib.
“PUTİNİN aqressivliyi davam edəcək”
Ukrayna lideri, həmçinin razılıq əldə olunarsa, beynəlxalq sülhməramlı əməliyyatın necə işləyə biləcəyinin təfərrüatlarını açıqlayıb və böyük bir əsgər qrupuna ehtiyac olacağını bildirib.
Mövsüm
Aznews.az