Moskva ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin başa çatması ilə bağlı təklif etdiyi razılaşmanın şərtlərini araşdırmalıdır.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, münaqişənin həlli sadəcə müharibənin dayandırılması məsələsi deyil. XİN nümayəndəsinin fikrincə, söhbət “Ukrayna böhranının köklü səbəblərinin aradan qaldırılmasından” gedir.
“Buna görə də biz Prezident Trampın başa düşdüyü "razılaşmanın" nə demək olduğuna baxmalıyıq. O, ABŞ-nin 2014-cü ildən bəri Ukraynanı “anti-Rusiyaya” çevirərək və bizimlə müharibəyə hazırlayaraq etdiklərinə görə məsuliyyət daşımır, lakin bu zərərli siyasəti dayandırmaq onun səlahiyyətindədir”, – daimi nümayəndə çağırış edib.
Daha əvvəl Tramp bəyan etmişdi ki, əgər Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ "Moskvanın satdığı hər şeyə" yüksək tariflər və sanksiyalar tətbiq edəcək.
AzNews.az