Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq

23 Yanvar 2025 10:37 (UTC+04:00)

Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

Yaz sessiya müddətində rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı dinləmələr, bu sahədə qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulur.